Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22.03.2024 - 10:53
Paraatletika üzrə Azərbaycan millisi İtaliyanın Cesolo şəhərində təşkil olunacaq Qran-pridə çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu gün startı veriləcək yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.
Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında fəxri kürsüyə qalxmaq uğrunda yarışacaqlar.
Martın 24-dək davam edəcək Qran-pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.
0
0