Azərbaycan Premyer Liqasında mövsümün ən gənc futbolçuları AÇIQLANDI
07.01.2024 - 10:38
Azərbaycan Premyer Liqasında mövsümün ən gənc futbolçuları AÇIQLANDI

Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısında 18 yaşadək 2 futbolçu meydana çıxıb.

Apasport.az xəbər verir ki, ilk 2 dövrənin hər iki gənc oyunçusu “Sumqayıt”ın üzvüdür.

İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir.

Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb. Bu, “Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün 5 ən gənc futbolçusu:

1. Nihad Əhmədzadə (“Sumqayıt”) – 17 yaş 12 gün

05.08.2023. Səbail – Sumqayıt – 1:4

2. Sənan Muradlı (“Sumqayıt”) – 17 yaş 338 gün

08.12.2023. Sumqayıt – Qarabağ – 1:6

3. Cavid Qasımov (“Turan Tovuz”) – 18 yaş 58 gün

28.10.2023. Turan Tovuz – Kəpəz – 4:0

4. Cavad Kərimov (“Kəpəz”) – 19 yaş 20 gün

06.08.2023. Kəpəz – Neftçi – 1:0

5. Nəriman Axundzadə (“Qarabağ”) – 19 yaş 104 gün

05.08.2023. Qarabağ – Zirə - 0:1

writer photo
Əlirza Əlirzalı
0