Azərbaycanın 2 güləşçisi Xorvatiyada zədələndi
02.02.2023 - 23:39
Azərbaycanın 2 güləşçisi Xorvatiyada zədələndi

Xorvatiyada güləş üzrə reytinq xarakterli “Zagreb Open” turniri davam edir.

Apasport.az xəbər verir ki, 2-ci yarış günündə 5 güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıb. Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurməhəmmədovla (92 kq) Məhəmmədxan Məhəmmədov (97 kq) isə bürünc medal əldə edib. 

Sərbəst güləşçilərimizdən Georgi Meşvildişvili Əmir Hüseyn Zare (İran) ilə final, qadın güləşçilərimizdən Mariya Stadnik (60 kq) isə Yui Susaki (Yaponiya) ilə yarımfinal görüşünə zədələndiyi üçün çıxa bilməyib.

writer photo
Əlirza Əlirzalı
0