Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
18.04.2024 - 15:57
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələnib.
Onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov yığmaya dəvət alıb.
Qeyd edək ki, U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.
- Ralf Ranqnik: “Belçika qrupun favoritidir”
- Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılacaq
- Azərbaycan 2023-cü ildə cüdoda ilk qızıl medalını qazandı - FOTOLENT
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- Millimizin üzvü Koreyada debüt etdi
0
0