Azərbaycanın U-17 millisinin iki mərhələli təlim-məşq toplanışı olacaq
11.06.2024 - 15:22
Azərbaycanın U-17 millisinin iki mərhələli təlim-məşq toplanışı olacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

S.

AD/SOYAD

KLUB

1

Məhdi Həsənov

Neftçi

2

Rauf Əyyubov

Sabah

3

Həzrət Səmədov

Sabah

4

Fərid Cabbarlı

Zirə

5

Əlibəy Mahmudov

Sabah

6

Tuncay Əhmədov

Marset (İspaniya)

7

Nadir Nəsibli

Marset (İspaniya)

8

Səttar Tahirzadə

Marset (İspaniya)

9

Muhammad Çodarov

Marset (İspaniya)

10

Murad Qurbanov

Zirə

11

Sinan Mehdizadə

Marset (İspaniya)

12

Nihad İsaqov

Kəpəz

13

Əli Qazibəyov

Qarabağ

14

Emil Həsənov

Sumqayıt

15

Abdulaziz Cabbarlı

Qarabağ

16

İbrahim Babayev

Servette (İsveçrə)

17

İslam Həsənov

Srvena Zvezda (Serbiya)

18

İbrahim Xəlilov

Sabah

19

Ümid Səlimov

Sabah

20

Əli İbrahim

Qarabağ

writer photo
Əlirza Əlirzalı
0