Azərbaycanlı qadın şahmatçı Ermənistan təmsilçisinə qalib gəldi
24.03.2023 - 00:19
Azərbaycanlı qadın şahmatçı Ermənistan təmsilçisinə qalib gəldi

Monteneqronun Petrovats şəhərində keçirilən qadın şahmatçıların Avropa çempionatında VI tur arxada qalıb.

Apasport.az xəbər verir ki, mötəbər yarışa 14 şahmatçı ilə qatılmış Azərbaycan yayda Bakıda keçiriləcək Dünya Kubokuna lisenziya verən yarışda uğurlu təmsil olunur.

VI tur

Monika Soçko (Polşa) – Gövhər Beydullayeva 1:0
Deymante Daulite-Korne (Fransa) – Günay Məmmədzadə 1:0
Türkan Məmmədyarova – Anna Bivol (FIDE) 1:0
Xəyalə Abdulla – Stavrula Solakidu (Yunanıstan) 0,5:0,5
Gülnar Məmmədova – Polina Kobak (Ermənistan) 1:0
Nataşa Rixterova (Çexiya) – Ülviyyə Fətəliyeva 1:0
Nadya Şpanko (Sloveniya) – Xanım Balacayeva 0,5:0,5
Nərmin Abdinova – Adelya Velikiç (Serbiya) 1:0
Anjelika Valkova (Ukrayna) – Səbinə İbrahimova 1:0
İvana Xreçak (Sloveniya) – Mələk İsmayıl 1:0
Yuliya Makka (Yunanıstan) – Ayan Allahverdiyeva 1:0
Lalə Hüseynova – Ləman Hacıyeva 0:1
Nikolina Koljeviç (Monteneqro) – Nazlı Hümbətova 1:0

Turnir cədvəli: Oliviya Kiolbasa (Polşa) – 5,5 xal, Monika Soçko (Polşa), May Narva (Estoniya) – hər ikisi 5 xal, Gövhər Beydullayeva – 4 xal.

Qeyd edək ki, ötən yarışın nəticəsinə əsasən Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva nəticədən asılı olmayaraq, Dünya Kubokuna vəsiqə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0