"Azerreyl" legioneri ilə yollarını ayırdı
24.07.2024 - 19:31
Qadın voleybolçular arasında Azərbaycan çempionu “Azərreyl” legionerlərindən biri ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, Bakı klubu türkiyəli hücumçusu Fatma İklimya Demirlə yollarını ayırıb.
Fatma karyerasını vətənində, “Çanakkale Bələdiyyəspor” klubunda davam etdirəcək.
Qeyd edək ki, bunadək dominikanlı Cineyri Martines və tailandlı libero Piyanut Panna da “Azərreyl”dən ayrılıb.
0
0