"Azərsun Arena"da əzmkar qələbə - YENİLƏNİB
17.10.2023 - 20:09
"Azərsun Arena"da əzmkar qələbə - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində 3-cü matçına çıxıb.

Samir Əliyevin yetirmələri Lüksemburqla qarşılaşmada əzmkar qələbə qazanıb. Azərbaycan yığması 1:2 hesabı ilə geridə olsa da, 88-ci dəqiqədə "status-kvo"nu bərpa edib. 90+1-ci dəqiqədə Ağadadaş Salyanski qələbə topunun müəllifi olub. 

Qeyd edək ki, komandamız ilk iki oyunda Serbiyaya 0:2, Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub

21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, F qrupu
17 sentyabr
18:00. Azərbaycan - Lüksemburq 3-2 (2-ci hissə) 
Qol
: N.Axundzadə, 41-pen, Y.Torres, 89-öz qapısına, A.Salyamski, 90+1 - R.Berberi, 45+4, LElşan, 54
F.Serkeyra, 9-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlana bilməyib (qapıçı)
Baş hakim: Dumitri Muntean (Moldova)
Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 3. Rüfət Əhmədov, 4. Cəlal Hüseynov, 3. Rüfət Əhmədov, 10. Veysəl Rzayev (k), 20. Emil Səfərov, 19. Samir Abdullayev, 17. Murad Vəliyev, 23. Ramin Nəsirli, 9. Nəriman Axundzadə
Baş məşqçi: Samir Əliyev
Lüksemburq: 12. Eldin Latik, 3. Fabio Lohei, 18. Migel Qonçavles, 22. Sofian İkene, 2. Yohann Torres, 16. Kleyton İriqoyen, 8. Fabio Serkeyra (k), 15. Massimo Aqostinelli, 21. Rayan Berberi, 9. Leon Elşan, 11. Selim Turpinq
Baş məşqçi: Dan Huet
Bakı. “Azersun Arena”

1

Ukrayna

3

3

0

0

7-2

9

2

İngiltərə

3

2

0

1

14-4

6

3

Serbiya

3

2

0

1

5-10

6

4

Azərbaycan

3

1

0

2

3-5

3

5

Lüksemburq

4

1

0

3

3-9

3

6

Şimali İrlandiya

4

1

0

3

2-4

3

writer photo
Əlirza Əlirzalı
0