Bakıda “Koreya səfiri kuboku” keçiriləcək
12.10.2023 - 10:18
Bakıda “Koreya səfiri kuboku” keçiriləcək

Taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvando Federasiyasının (ATF) mətbuat xidməti açıqlayıb.

Yarış sentyabrın 13-də baş tutacaq. Turnir Azərbaycan Taekvando Federasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq. 2007-2009-cü il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. 

Oğlanlar 48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq, qızlar isə 44 kq, 49 kq, 55 kq, 63 kq və +63 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Yarış Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Mükafatçılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
 

writer photo
Əlirza Əlirzalı
0