"Barselona"dan Alveş qərarı
27.02.2024 - 15:17
"Barselona"dan Alveş qərarı

"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveş klub əfsanələri siyahısından çıxarılıb.

Apasport.az “Diario Sport”a istinadla xəbər verir ki, klub bu barədə braziliyalının məhkəməsindan sonra qərar verib.

Xatırladaq ki, Alveş zorlamada təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dani 2008-2016 və 2021-2022-ci illərdə Kataloniya nəhənginin rənglərini qoruyub. Braziliyalı "Barselona"nın heyətində 408 oyun keçirib və 23 kubok qazanıb.

writer photo
Əlirza Əlirzalı
0