“Barselona”nın hücumçusu İtaliyaya gedir
18.05.2022 - 13:49
“Barselona”nın futbolçusu Martin Braytveyt İspaniya klubunu tərk edəcək.
Apasport.az saytının məlumatına görə, danimarkalı hücumçu yay transfer pəncərəsində komandasını dəyişəcək.
La Liqa təmsilçisinin məşqçilər korpusu Martinə güvənmir. Forvardın özü isə daha çox oyun praktikası qazanmaq istəyindədir. A seriyasından bir neçə təklif alan Braytveyt karyerasını İspaniyada davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, danimarkalı hücumçu 2020-ci ilin fevralından “Barselona”nın formasını geyinir.
0
0