"Bavariya" "Bayer"in gənc ulduzunu istəyir
21.03.2024 - 14:43
"Bavariya" "Bayer"in gənc ulduzunu istəyir

"Bavariya" qarşıdakı "transfer pəncərəsi"ndə yüksək qiymətli oyunçuları transfer etməyə hazırdır.

Apasport.az "Kicker" nəşrinə istinadla xəbər verir ki, Münhen komandasının mümkün hədəfi "Bayer"in gənc ulduzu Florian Virzdir.

Fürsət yaranarsa, "Bayern" 20 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək üçün böyük sərmayə qoymağa hazırdır.

Həmçinin Münhen nəhəngi büdcəni artırmaq üçün indiki siyahıdan kimləsə yollarını ayıra bilər.

writer photo
Əlirza Əlirzalı
0