"Bavariya"nın müdafiəçisi "Real"ın radarına düşüb
13.05.2024 - 17:13
"Bavariya"nın müdafiəçisi "Real"ın radarına düşüb

"Real" heyətini "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devislə gücləndirmək istəyir.

Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu Münhen nəhəngi ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq kanadalını almaqda israrlıdır.

“Transfermarkt” Devisin dəyərini 60 milyon avro olaraq qiymətləndirir. O, bu mövsüm 41 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.  

writer photo
Əlirza Əlirzalı
0