Bəhlul Mustafazadə: "Özümüzdə böyük güc hiss edirik"
27.08.2024 - 17:42
Bəhlul Mustafazadə: "Özümüzdə böyük güc hiss edirik"

"Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz mərhələni keçməkdir. Yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçi Bəhlul Mustafazadə Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- "Dinamo" ilə birinci oyundan sonra komandanın müdafiə xətti tənqidlərə məruz qaldı. Bu tənqidlər sizin üçün təzyiq yaradır?
- Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri analiz edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çxaırıb, növbəti oyunalarda təkrarlamayaq.

- Hansısa təzyiq var?
- Xeyr. Çünki artıq bir neçə turdur ki, ÇL-də oynayırıq. Sakitik. Təcrüəbmiz var. Hər kəs sakitdir, hamı inanır. Ən önəmlisi də, daha sakit olmaqdır. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq.

writer photo
Əlirza Əlirzalı
0