"Beşiktaş"ın kapitandan Qətərdə yubiley
27.11.2022 - 20:42
DÇ-2022-nin II turu çərçivəsində Xorvatiya ilə oyun Kanada millisinin kapitanı Atiba Hatçinson üçün yubileylə əlamətdar olub.
Apasport.az saytı xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 100-cü matçına çıxıb. "Beşiktaş"ın üzvü bu qarşılaşmalarda 9 qol vurmağı bacarıb.
O, şimali amerikalıların heyətində ən çox oyun keçirən futbolçu ünvanına da sahibdir.
Qeyd edək ki, hazırda davam edən Xorvatiya - Kanada matçında hesab bərabərdir - 1:1.
0
0