Premyer Liqanın XXIX turunun açılış oyununda səfərdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edən "Kəpəz"in baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.
"Çox şükür ki, qələbə qazandıq və azarkeşlərimizi sevindirdik. İlk epizodu biz yaratdıq, amma fasiləyədək rəqib daha üstün oynadı. İkinci hissədə uşaqlar toparlandı və dönüş etdik".
- Fasilədə nəyi dəyişdiniz?
- Uşaqlar daha öndə oynamağa başlamağa. İlk yarıda isə öz qapımıza yaxın oynayırdıq. Qol vurmaq istəyirsənsə, ilk dəqiqələrdəki kimi oynamalısan.
- "Qəbələ"dən daha öncə oynayırdınız. Bu, ilk 45 dəqiqədə futbolçulara pis təsir etmirdi?
- Biz rəqibə uyğun yox, öz istəyimizə uyğun futbol oynamalıyıq.