“Rəqibi qələbə və möhtəşəm oyuna görə təbrik edirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski yoldaşlıq görüşündə Azərbaycan millisinə 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Finlandiya ilə matçda sevindiyim bəzi məqamlar var idisə, bugünkü matçda yalnız ilk hissədə qol buraxana qədər müsbət anlar oldu. Bu, hamımız üçün gözəl sillə oldu. Makedoniya formasına necə və nə qədər hörmət etdiyimizi düşünməliyik. Bütün bunlardan müsbətə doğru təsiri olacaqsa, sillənin indi gəlməsi yaxşı şeydir”.