Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından boksçumuz yarışı bürünc medalla başa vurub.
İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə təmsilçimiz məğlub olduğundan rəqib finala yüksəlib.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.
- "Sumqayıt"dan narazı valideynlər "Sabah"ı istəyirsə, bizim nə günahımız var?"
- Azərbaycan güləşçisi AÇ-yə erməni idmançı ilə start verəcək
- Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu - YENİLƏNİB
- “Araz-Naxçıvan” qol oldu, yağdı - YENİLƏNİB
- Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb