Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli olub
27.09.2022 - 10:34
Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli olub

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri müəyyənləşib. 

Turnirin ilk günündə rinqə 1 boksçumuz çıxacaq. İbrahim Zeynalov Con Hartla üz-üzə gələcək. 

Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.

Avropa birinciliyi, Montesilvano
27 sentyabr
1/16 final

İbrahim Zeynalov (52 kq) – Con Hart (İrlandiya)

28 sentyabr
1/8 final

Faiq Mollayev (46 kq) – İqor Uşinyak (Polşa)
Aynur Mikayılova (50 kq) – Byanka Balint (Almaniya)

29 sentyabr
1/8 final

Bilalhabasi Nəzərov (48 kq) – Rıza Səfəri (İngiltərə)
Tağı Nəsibov (50 kq) – Cuzeppe Dell Aquila (İtaliya)
Məhəmmədəli Aşurəliyev (54 kq) – Armandas Kreqzde (Litva)
Məhəmmədəli Qasımzadə (57 kq) – Nik Smirnov (Almaniya)
Ziya Həsənova (66 kq) – Stefan Ananyev (Estoniya)

30 sentyabr
1/4 final

Aysu İsmayılova (46 kq) – Mariya Trifilli (Yunanıstan)
Nərmin Əlizadə (48 kq) – Mahur Marikyan (Ermənistan)
Qızbəs İsgəndər (54 kq) – Ella-Mae Lonsdale (İngiltərə)
Emili Rzayeva (70 kq) – Olqa Filipçuk (Ukrayna)
 

writer photo
Əlirza Əlirzalı
0