Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 50 kq çəkidə çıxış edən idmançı ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.
Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin üçüncü günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulacaq.
- Ölkə birinciliyində qaliblərin adları bilindi
- Saşa Yunisoğlu: “Milliyə dəvət olunanlar ən optimal heyətdir” - MÜSAHİBƏ
- Səudiyyə KUPONU
- Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə
- "Kəpəz"in baş məşqçisi: "Hədəf mehriban kollektiv yaratmaqdır" - MÜSAHİBƏ