Boksçumuz Avropa çempionatında medalı təmin etdi
19.10.2022 - 17:17
Boksçumuz Avropa çempionatında medalı təmin etdi

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri davam edir. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda rinqə ilk olaraq Anaxanım İsmayılova (50 kq) çıxıb. 

Boksçumuz Yaroslava Marinçukla (Ukrayna) üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb. 

İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə qarşılaşacaq. Görüş oktyabrın 21-də olacaq. 

Qeyd edək ki, 1/4 finalda yığmamızın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0