Braziliyalı futbolçunun Azərbaycandan çıxışına QADAĞA
09.06.2023 - 21:53
Braziliyalı futbolçunun Azərbaycandan çıxışına QADAĞA

Ləğv edilmiş “Keşlə” klubunun legioner oyunçusu barədə məhkəməyə müraciət edilib.

Apasport.az-ın əldə etdiyi məlumata görə, söhbət klubun sabiq braziliyalı oyunçusu Rodriqes Pereyra Juniordan gedir. 29 yaşlı oyunçu barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla üş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətə səbəb isə sabiq futbolçunun fərdi sahibkar kimi dövlət büdcəsinə olan borcunu ödəməkdən boyun qaçırmasıdır.

Bu səbəblə adı çəkilən idarə məhkəməyə üz tutaraq, futbolçunun Azərbaycandan çıxışının müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

Qeyd edək ki, futbolçu 2020-ci ildə “Keşlə” klubuna transfer edilib və 2021-ci ildə klubdan ayrılıb. Həmçinin 2021-ci ildə “Keşlə” klubunun adı dəyişdirilərək “Şamaxı” adlandırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0