Çalhanoğludan yeni müqavilə
17.05.2023 - 15:29
Çalhanoğludan yeni müqavilə

“İnter” Hakan Çalhanoğlu ilə müqavilənin müddətini artırır.

Apasport.az saytı xəbər verir ki, 29 yaşlı türkiyəli yarımmüdafiəçi 2027-ci ilin yayına kimi İtaliya klubunun şərəfinə qoruyacaq.

Komanda rəsmiləri ilə futbolçunun nümayəndələri arasında görüşlərin müsbət tamamlandığı və yaxın vaxtlarda yeni razılaşmanın detallarının açıqlanacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm 45 matçda meydana çıxan Türkiyə millisinin kapitanı 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0