Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi “Qarabağ”ın futbolçusu Qara Qarayevi yığmaya çağırmamağına aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bunu Millətlər Liqasının V turunun Slovakiya ilə səfər oyunu öncəsi açıqlayıb.
De Byazi mətbuat konfransında Qaranın yığmadan kənar qalaması ilə bağlı sualı cavablandırıb: “Qara Qarayev buraya gəlməməsinin səbəbini bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.
Qeyd edək ki, millimiz sabah Slovakiya, sentyabrın 25-də Qazaxıstanda görüşəcək. Yığmada 77 oyun keçirən Qarayev bu qarşılaşmalara çağırılan heyətdən kənar qalıb.