Canni de Byaziyə yeni köməkçi
10.10.2022 - 13:33
Canni de Byaziyə yeni köməkçi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byaziyə yeni köməkçi təyin olunacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bu dəfə yerli mütəxəssisin məşqçilər korpusuna cəlb olunması gözlənilir.

Fabio Qallonun İtaliyanın C seriyasındakı komandası “Fodja”ya baş məşqçi təyinatından sonra boş qalan yerə 5 namizəd var. Bunlar Aftandil Hacıyev, Yaşar Vahabzadə, Mirbağır İsayev, Yunis Hüseynov və Vəli Qasımovdur. AFFA rəhbərliyi Arif Əsədovla yanaşı, adıçəkilən mütəxəssislərdən birini italiyalı çalışdırıcıya köməkçi götürməyi planlaşdırır.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən Canni de Byazi bu yaxınlarda AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0