Cəlal Hüseynov “Lokomotiv”in radarında
12.10.2023 - 16:46
Cəlal Hüseynov “Lokomotiv”in radarında

Azərbaycan milli komandasının və “Arda”nın müdafiəçisi Cəlal Hüseynov son vaxtlarda nümayiş etdirdiyi performansla bir neçə komandanın diqqətini çəkib.

Apasport.az saytına verilən məlumata görə, azərbaycanlı müdafiəçini heyətinə qatmaq istəyən klublardan biri də Bolqarıstan təmsilçisidir.

Hazırda yüksək liqada turnir cədvəlinə başçılıq edən “Lokomotiv”(Plovdiv) Hüseynovun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Aleksandar Tomaş şəxsən Hüseynovu sərəncamında görmək istəyir.

Qeyd edək ki, “Neftçi”nin də maraqlandığı 20 yaşlı futbolçunun Bolqarıstan klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0