“Çelsi” Çalobahı satdı, o komandadan getmədi
13.09.2023 - 14:01
"Çelsi"nin müdafiəçisi Trevo Çalobahın "Nottingem Forest"ə son anda transfer olunmamasının səbəbi açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, "zadəganlar" 24 yaşlı ingilisi 25 milyon funt-sterlinqə Premyer Liqa təmsilçisinə satsalar da, futbolçu keçidi əngəlləyib.
O, transfer pəncərəsinin son günlərində "Nottingem Forest"ə getmək istəmədiyini bildirib. Almaniyada "Bavariya"nın formasını geyinməyi arzulayan Çalobahın yanvarda “Çelsi”dən ayrılacağı gözlənilir.
Qeyd edək ki, “Çelsi”nin öz yetirməsi olan Trevo əsas komanda ilə 63 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0