"Çelsi"nin hücumçusu yenidən ZƏDƏLƏNDİ
07.01.2024 - 18:43
"Çelsi"nin hücumçusu Kristofer Nkunku yenidən zədələnib.
Apasport.az xəbər verir ki, 1 gün öncə 26 yaşlı forvard məşqdə bud nahiyəsindən zədə aldığı üçün İngiltərə Kuboku matçını buraxıb.
Məlumata görə, Nkunku təxminən 3 həftə oyunları buraxacaq.
Yayda 60 milyon avroya "Çelsi"yə transfer olunduqdan sonra Nkunku London klubunda cəmi 4 oyun keçirib.
0
0