“Qola qədər matç ağır keçdi. Rəqib ilk yarıda çox sıx müdafiə olunurdu”.
Bu sözləri “Zirə”nin futbolçusu Ceyhun Nuriyev apasport.az saytına açıqlamasında deyib.
Yarımmüdafiəçi “Kəpəz”lə matçı dəyərləndirib: “Kəpəz”in sonuncu yerdə qərarlaşması bizə əlavə rahatlıq verməmişdi. Yenə də oyuna çox yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Vurduğumuz qoldan sonra ikinci hissədə oyun açıldı. Belə olmasını gözləyirdik. Növbəti qollardan sonra isə qarşılaşma istədiyimiz kimi keçdi”.
Nuriyev vurduğu qol barədə danışıb: “Matçdan öncə qol vuracağıma inanırdım. Keçən tur bir neçə real qol epizodundan yararlana bilməmişdim. Utziqin ötürmə edəcəyini bilirdim, düzgün mövqedə qərarlaşıb topu qapıdan keçirdim”.
O, Azərbaycan millisinin qarşıdakı oyunları haqda fikirlərini də bildirib: “Milli komandadan dəvət gözləyirik. Yığma elədir ki, orda nəyimiz var qoymalıyıq. Bütün gücümü komandamız üçün səfərbər edəcəm. 2 oyuna 6 xal toplamağı hədəfləyirik. Təki nəticədə xalqımızı sevindirək.
İsmayıl Xeyrullayev
Ceyhun Nuriyev: "Matçdan öncə qol vuracağıma inanırdım"
28.09.2024 - 23:06
0
0