ÇL: “Qarabağ”ın III raunddakı potensial rəqibləri bilindi
14.07.2022 - 09:05
ÇL: “Qarabağ”ın III raunddakı potensial rəqibləri bilindi

Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Apasport.az saytınnı məlumatına görə, bu raundda İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın artıq III təsnifat mərhələsindəki potensial rəqibləri də bəllidir.

Ağdam klubu “Sürix” səddini aşacağı təqdirdə növbəti mərhələdə də səpələnmişlərin sırasında yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələri nisbətən zəif çempionlardan biri ilə qarşılaşacaq.

Yalnız iki komanda III raunddan mübarizəyə qoşulacaq. Onlardan “Srvena Zvezda” (Sebiya) güclülərin, “Apollon” (Kipr) isə zəiflərin səbətində qərarlaşacaq. Yəni Kipr klubu “Qarabağ”a potensial rəqiblərdən biridir. Digər mümkün rəqiblər isə II təsnifat mərhələsinin cütlərinin qaliblərindən formalaşacaq. Bunlar “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Maribor” (“Sloveniya”) – “Şerif” (Moldova), “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) və “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütlərinin qalibləri olacaq. “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi Azərbaycan çempionu ilə düşməyəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)

Səpələnməmişlər
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Apollon” (Limassol, Kipr)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə) cütünün qalibi
PSV (Niderland)

Səpələnməmişlər
“Monako” (Fransa)
“Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
“Şturm” (Avstriya)
“Union” (Belçika)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq. Bu raundun oyunları isə avqustun 2-3-də və 9-10-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0