Cüdoçularımız Belçikada 4 medal qazandı
29.01.2024 - 14:55
Cüdoçularımız Belçikada 4 medal qazandı

Belçikanın Vise şəhərində 27-28 yanvarda beynəlxalq Belçika Açıq Cüdo turniri keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər. Azərbaycan cüdoçuları yarışda medal əyarına görə ümumi hesabda dördüncü yeri tutub.

Kişilər arasında 66 kq çəkidə İslam Rəhimov qızıl, Aydın Rzayev bürünc medal əldə edib. Nəriman Mirzəyev (73 kq) və Kənan Nəsibov (+100 kq) yarışı üçüncü pillədə başa vurublar.

writer photo
Əlirza Əlirzalı
0