Cüdoçularımız dünya çempionatında
26.10.2023 - 16:51
Cüdoçularımız dünya çempionatında

Azərbaycan cüdoçuları dünya Kata çempionatında iştirak edəcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyası açıqlayıb.

Yarış ilk dəfə oktyabrln 28-29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək. 35 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. 

Cüdoçularımız çempionatda ayın 28-də böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı) 
Samir İsmayılov - uke (hücum edilən idmançı) 
İsmayıl Rzayev - tori 
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori 
Əmrah Əhmədov – uke
 

writer photo
Əlirza Əlirzalı
0