Daha bir güləşçimiz Avropa çempionu oldu
18.03.2023 - 22:58
Daha bir güləşçimiz Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir Azərbaycan idmançısı qitənin ən güclüsü olub.

Apasport.az xəbər verir ki, İslam İlyasov (97 kq) finalda türkiyəli türkiyəli Oktay Çiftçiyə 6:1 qalib gələrək Avropa çempionu adına yiyələnib.

Qeyd edək ki, bu gün daha əvvəl Məhəmməd-Bəşir Xanıyev (70 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş və Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0