Danilo Dias: "Qarabağ" mərhələni adlamaq iqtidarındadır" - Açıqlama
15.08.2024 - 12:30
Danilo Dias: "Qarabağ" mərhələni adlamaq iqtidarındadır" - Açıqlama

"Qarabağ" evdə məğlub olsa da, onlara inamım yüksək idi. Çünki bu komandanı yaxşı tanıyıram. Nəyə qadir olduqlarını da bilirəm. Bakıda da "Qarabağ" rəqibindən üstün oynamışdı. Sadəcə şansları gətirməmişdi. Şadam ki, onlar səfərdə qalib gəlməyi bacardı".

Bu sözləri apasport.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Danilo Dias deyib.

Braziliyalı veteran futbolçu Ağdam klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə səfər görüşündə 7:2 qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanmasını şərh edib.

Onun fikrincə, "Qarabağ" Çempionlar Liqasında qrup mərhələsinə də düşə bilər: "Qarabağ" uzun illərdir ki, avrokuboklarda qrup mərhələsində oynayır. Onlar öz gücünü hər il daha yaxşı, daha dərindən göstərir. Ötən mövsüm "Braqa", "Bayer" matçları göz önündədir. Bu mövsüm isə "Ludoqorets"i səfərdə 7:2 məğlub etməkləri sadəcə olaraq möhtəşəm idi. "Qarabağ" "Ludoqorets"i məğlub etdi, mən də buna çox sevindim. Xoşbəxtəm ki, vaxtilə oynadığım klub bu gücdədir və yenidən Çempionlar Liqasının qrup mərhələsinə doğru irəliləyir. "Dinamo"(Zaqreb) ilə görüşlər də asan olmayacaq. Xorvatiya klubu nə qədər təcrübəli olsa belə, "Qarabağ"ın gücü var. Onlar mərhələni adlamaq iqtidarındadır. Ümidvaram ki, "Qarabağ"ı bu sezon Çempionlar Liqasında qrup mərhələsində görərik".

writer photo
Əlirza Əlirzalı
0