De Byazi jurnalistlərin qarşısına çıxacaq
14.11.2023 - 09:31
De Byazi jurnalistlərin qarşısına çıxacaq

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə həsr olunan tədbirlər matçdan bir gün əvvəl keçiriləcək. Qonaqlar oyunun təşkil olunacağı stadionda, yığmamız isə “Dalğa Arena”da jurnalistlər önünə çıxacaq.

15 noyabr
İsveç milli komandası

14:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika stadionu)
16:00. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika stadionu)
 
Azərbaycan milli komandası
18:00. Mətbuat konfransı (“Dalğa Arena”)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)
 
Qeyd edək ki, tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər.

writer photo
Əlirza Əlirzalı
0