Azərbaycan millisinin oktyabrda keçiriləcək oyunları üçün açıqlanan heyətində ötən ayla müqayisədə dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, baş məşqçi Canni de Byazi dörd futbolçunu digəri ilə əvəzləyib.
İtaliyalı çalışdırıcı Belçika və İordaniya ilə sentyabrda keçirilən görüşlərdə olduğu kimi yenə 26 oyunçuya dəvət göndərib. O, Estoniya və Avstriya ilə bu ay baş tutacaq matçlarda da sərəncamında eyni ayda futbolçu görməyi lazım bilib.
Zədəli Bəhlul Mustafazadənin xidmətindən məhrum olan de Byazi Amin Seydiyev, Elvin Bədəlov və Yusif İmanovu da “26-lığ”a daxil etməyib. Əvəzində Cəlal Hüseynov, Eddi İsrafilov, Nəriman Axundzadə və Rəşad Əzizli qarşıdakı oyunlarda forma geyinə bilər.
Qeyd edək ki, yığmamız oktyabrın 13-də səfərdə Estoniya, üç gün sonra evdə Avstriya ilə qarşı-qarşıya gələcək.