Denis Silva: "Lənkəranlı azarkeşlər məni hədələyirdi"
03.01.2023 - 22:21
Denis Silva: "Lənkəranlı azarkeşlər məni hədələyirdi"

"Mən "Neftçi"yə keçdikdən sonra lənkəranlı azarkeşlər məni hədələyirdi".

Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu Denis Silva deyib.

37 yaşlı mərkəz müdafiəçisi "Neftçi TV"yə müsahibəsində keçmiş səhifələri vərəqləyib: "Serbiyada "Partizan"a qarşı keçirdiyim matç mənim üçün ən unudulmaz oyun olub".

Hazırda Braziliyalanın "Riu Branku" klubunda çıxış edən Denis Silva Azərbaycanda "Xəzər Lənkəran" (2008-2010), "Neftçi" (2010-2012) və "Keşlə"də (2015-2019) çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0