"Dinamo" Emreliden NARAZIDIR
01.01.2024 - 11:57
"Dinamo" Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışından razı deyil.
Apasport.az-ın məlumatına görə, Xorvatiya klubu 26 yaşlı hücumçuya yeni komanda axtarışındadır.
Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç bəzi futbolçularları ilə qışda, bəziləri ilə isə yayda yollarını ayıracaqlarını bildirib. Həmin futbolçulardan biri də Emrelidir.
Qeyd edək ki, 2022-ci ilin fevralından "Dinamo"da çıxış edən Mahirin müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
- “Makkabi”nin futbolçusu: “Üçüncü dəfədir Azərbaycana gəlirəm”
- İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərovu təbrik ediblər
- İtalyanlardan tarixi nailiyyət
- Mariya Stadnik Kimdir? Qadın Güləşinin Azərbaycanlı Əfsanəsi Haqqında Bilməli Olduqlarımız
- "Qarabağ" və "Qalatasaray" prezidentləri birgə Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
0
0