UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"-"Dinamo" (Zaqreb) matçından öncə mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçusu Sami Mmame "Qarabağ"la görüş barədə danışıb. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:
"Rəqib komanda doğma meydanda oynayır. Bu oyun bizim üçün çətin keçəcək. Bizim bütün diqqətimiz və fokusumuz oyunu yaxşı səviyyədə keçirməkdir ki, növbəti mərhələyə yüksələ bilək".
- "Ferentsvaroş"un heyətində "Qarabağ"a qarşı oynamısız. Sabahkı atmosferi necə olacağını gözləyirsiz?
- Bəli, həmin oyunu xatırlayıram. Oyun çətin keçmişdi. Azarkeşlər tərəfindən güclü dəstək var idi. Sabahkı oyunda da belə olacağını gözləyirik.