Bu gün Misli Premyer Liqasının XXIV turunda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan derbisinə proqnoz açıqlanıb.
Futbol eksperti Dmitri Donskoy “Azərsun Arena”dakı görüşə təkli kupon variantını təklif edib. Mütəxəssis 1,81 əmsallıq mərcə üstünlük verib:
“Gent”lə Belçikadakı avrokubok oyunundan sonra “Qarabağ” “az qanla” qalib gəlməyə çalışacaq. Bu üzdən də “Köhlən atlar”dan belə asan olmayan görüşdə intensiv hücumlar gözləməyə dəyməz.
“Neftçi” rəqibini əks-hücumlarda yaxalamağa çalışacaq. Buna görə də bakılılar əsas diqqəti müdafiəyə ayıracaq.
Komandaların belə yanaşması yekun nəticədə də əksini tapacaq. Məhsuldarlığın yüksək olmayacağını düşünürəm.
Proqnozum: Alt