Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 2-ci oyununu keçirib.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin komandası Misir yığmasını məğlub ediblər.
Oyunu Azərbaycan futbolçularının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra millimiz vahid lider olub və pley-offa vəsiqəni təmin edib.
Qrupun digər matçında qalib müəyyənləşməyib. Küveyt və İraq hərəyə 5 dəfə fərqləniblər.
Xatırladaq ki, millimiz ilk matçda İraqı 2:0 hesabı ilə məğlub edib. Qrupda son rəqib oktyabrın 31-də Küveyt olacaq.
Dünya çempionatı
G qrupu
II tur
Azərbaycan – Misir - 4:1
Qollar: Rəvan Kərimov, 8; 42. Seymur Məmmədov, 38. Təmkin Xəlilzadə, 45 - Hassan Mohamed, 2
Küveyt - İraq - 5:5
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
6-1 |
6 |
2 |
Misir |
2 |
1 |
0 |
1 |
3-4 |
3 |
3 |
İraq |
2 |
0 |
1 |
1 |
5-7 |
1 |
4 |
Küveyt |
2 |
0 |
1 |
1 |
5-7 |
1 |