Dünya çempionatında unikal göstərici
29.11.2022 - 20:34
Dünya çempionatında unikal göstərici

Niderland yığmasının üzvü Kodi Qakpo unikal göstəricilərə imza atıb.

Apasport.az saytı xəbər verir ki, "narıncılar"ın gənc futbolçusu bunu DÇ-2022-də Qətərlə oyunda hesabı açmaqla bacarıb.

23 yaşlı vinger mundialın qrup mərhələsinin hər 3 matçında ilk qolu vuran ikinci futbolçu kimi tarixə düşüb. Daha əvvəl eyni uğura italiyalı Alessandro Altobelli 1986-cı ildə keçirilmiş dünya çempionatında nail olub.

O, həmçinin Niderland millisinin tarixində analoji turnirin ilk 3 görüşündə qol vuran ilk futbolçudur. Qrup mərhələsinin ilk iki turunda da fərqlənən Qakpo qapıya endirdiyi 4 zərbədən üçünü qola çevirə bilib. Cinah oyunçusu həmvətəni Uesli Sneyderdən sonra mundialda həm sağ və sol ayaqla, həm də başla qol vuran ilk futbolçu olmağı da bacarıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda Niderland Qətərə qalib gəlir - 2:0.

writer photo
Əlirza Əlirzalı
0