“Vugar Gashimov Memoiral”ı beynəlxalq şahmat təqvimində ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir. Bu il keçiriləcək turnirə 7 ölkədən elit şahmatçılar qatılacaqlar”.
Apasport.az saytının məlumatına görə, bunu yarışın mətbuat xidmətinə “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək Azərbaycan və gənc şahmatçılar arasında dünya çempionu Abdulla Qədimbəyli deyib.
Rəqiblərin yetərincə güclü olduğunu deyən qrossmeyster bildirib ki, mükafatçılar sırasında yer almaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışacaq: “Ancaq əmsal baxımından şansımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm”.
Superturnirin təşkilinin yeni nəsil şahmatçıların yetişməsinə böyük təkan verdiyini bildirən Qədimbəyli Azərbaycanın ilk Avropa çempionluğunda Vüqar Həşimovun vacib qələbəsinin hər bir azərbaycanlının yaddaşında xoş iz buraxdığını da xatırladıb.
Qeyd edək ki, turnir dekabrın 17-24-də keçiriləcək.