“Ümid edirəm ki, milli komanda olaraq Parisdə də yaxşı nəticələr əldə edəcəyik”.
Apasport.az xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan Orxan Aslanov deyib:
“Bütün Paralimpiya ailəsini ürəkdən təbrik edirəm. Artıq milli komandamız dünya çempionatında üçüncü qızıl medalı qazanıb. Şadam ki, qızıl medallardan birini mən qazanaraq bu nəticədə pay sahibi oldum. İlk dünya çempionluğunu qazandım. Bu qızıl medal qarşıdan gələn Paris Paralimpiadası öncəsi məndə stimul yaratdı ki, daha həvəslə hazırlaşım. Ümid edirəm ki, milli komanda olaraq Parisdə də yaxşı nəticələr əldə edəcəyik”.
Daha əvvəl Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə isə uzunluğa tullanmada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.