Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"
09.12.2022 - 00:52
Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"

"Məncə, Ronaldo zəif olduğu üçün İsveçrə ilə oyunda ehtiyatda deyildi. Çünki Portuqaliyanın məşqçisi hər şeyi onunla məsləhətləşir".

Bunu apasport.az-a açıqlamasında sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.

31 yaşlı idmançı bildirib ki, Qətərdə keçirilən dünya çempionatında Kriştianu Ronaldonun ehtiyatda qalması düşünülmüş addım idi: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi. Məncə, o, yaxşı formadadır və kənarda qalası futbolçu deyil. Ona qarşı haqsızlıqlar olsa da, fikrimcə, yaşına görə dünya çempionatının ən yaxşı futbolçusu ola bilər. Hətta ola bilər yox, olacaq deyərdim".

Kriştianu Ronaldo fanatı olan Hacı Əliyev onun karyerasını bitirdikdən sonra hansı komandaya simpatiya bəsləyəcəyi ilə bağlı suala belə cavab verib: "Gələcəkdə o hansı komandaya keçəcək bilmirəm. Karyerasını bitirdikdən sonra isə inanmıram ki, hansısa komandaya azarkeşlik edim. Sırf yaxşı futbola baxacağam".

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0