Eddi İsrafilov: “Hiss edirəm ki, formama yaxınlaşıram”
10.03.2023 - 11:39
Eddi İsrafilov: “Hiss edirəm ki, formama yaxınlaşıram”

“Neftçi”nin futbolçusu Eddi İsrafilov Misli Premyer Liqasının XXVI turunun “Şamaxı” ilə oyunu ərəfəsində klubun rəsmi televiziyasına açıqlama verib. 

Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi hazırlıq prosesi və qarşıdakı oyun barədə danışıb:

- Hazırlıqla bağlı ümumi fikriniz necədir?
- Hazırlıq yaxşı gedir. Hər şey öz yolunda, qaydasındadır.

- Zədədən sonra özünüzü tam hazır hesab edirsən? 
- Hələ belə deməzdim. 100 faiz hazır olmağım üçün məşqdən-məşqə, oyundan-oyuna artırmalıyam. Amma hiss edirəm ki, formama yaxınlaşıram.

- Azərbaycan çempionatında ən güclü yarımmüdafiə xəttinin "trio"su "Neftçi"dədir. Ancaq Ataa Caber zədəli olduğuna görə, bir müddət oynaya bilməyəcək. Bu, çıxışınıza nə qədər təsir edəcək?
- Zədələr də futbolun bir hissəsidir. Buna öyrəşməliyik. Amma komanda sırf bir oyunçudan asılı olmalı deyil. "Neftçi" deyəndə, bütün komanda nəzərdə tutulur. Komanda oyunu nümayiş etdirərək çalışacağıq ki, növbəti matçlarda yaxşı nəticə əldə edək.  

Qeyd edək ki, martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü saat 15:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0