"Hekken" axırıncı yerdə olmasına baxmayaraq ki, qrup mərhələsinə qədər gəlib çıxa bilibsə, deməli güclü komandadır. Ən əsası da qalib gəlməyə istəklidirlər".
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov deyib.
Futbol veteranı Avropa Liqasının VI turunun “Qarabağ” – “Hekken” matçı barədə fikirlərini açıqlayıb: "Öz meydançamızda oynayırıq və bu matçın mahiyyətini çox yaxşı dərk edirik. “Qarabağ” rahat şəkildə oynayıb qələbə qazanacaq. Bu tarixi əhəmiyyətli oyundur və ideal şəkildə hazırlaşıb görüşü qələbə ilə başa vurmaq lazımdır".
Sabiq futbolçu eyni zamanda "Qarabağ"la qarşılaşa biləcək rəqiblər arasında seçim edib. O, "Yanq Boyz"la matçın baş tutmasını istədiyini deyib:
"Mümkün bütün rəqiblər təhlükəlidir. Baxıram rəqiblərə, Çempionlar Liqasından gələn komandalardır. Heç biri zəif komanda deyil. Adlı-sanlı klublardır. Mümkün rəqiblərin hamısı potensial təhlükədir, amma məncə "Yanq Boyz"la qarşılaşsaq daha yaxşı olardı, belə püşkə sevinərdim".
Qeyd edək ki, “Qarabağ” “Hekken”lə sabah keçiriləcək oyunda qalib gəlsə və ya digər matçın nəticəsinə görə pley-offa yüksəlsə, Çempionlar Liqasının qrup üçüncülərindən biri ilə qarşılaşacaq. Püşkdəki mümkün 8 rəqibdən altısı artıq dəqiqləşib. Bunlar “Qalatasaray”, “Yanq Boyz”, “Lans”, “Feyenord”, “Braqa” və “Benfika”dır. Digər komandalardan biri “Porto” və ya “Şaxtyor” olacaq. Sonuncu mümkün rəqib olmağa isə üç namizəd var: PSJ, “Nyukasl”, “Milan”.