"Əl-Ayn" "Sabah"dan CAS-a şikayət etdi
07.04.2023 - 00:34
"Əl-Ayn" "Sabah"dan CAS-a şikayət etdi

“Sabah“ın Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunu məhkəməyə verməsi barədə xəbər vermişdik.

Apasport.az xəbər verir ki, FIFA Azərbaycan təmsilçisinin şikayət ərizəsinə baxıb və təmsilçimizin xeyrinə qərar çıxarıb.

Lakin “Əl Əyn” tərəfi bu qərardan CAS-a şikayət edib. İdman Arbitraj Məhkəməsi (CAS) hələ ki, bu məsələ ilə bağlı qərarını açıqlamayıb".

Bütün bunlar Bəhlul Mustafazadəyə görədir. Belə ki, ilyarım əvvəl ərəblər millimizin müdafiəçisi ilə müqavilə imzalasa da, qısa müddət sonra onun transferindən rəsmən imtina edib.

BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin “Sabah”la müqaviləsi də ləğv olunmuş hesab edilib. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib və “Qarabağ“ın yolunu tutub.

Hadisələrin belə axarından narazı olan “Sabah” FİFA-ya şikayət edib. Masazır təmsilçisi “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət ünvanlayıb. Tələb 600 min avroluq təzminatın ödənilməsidir (sportinfo.az).

writer photo
Əlirza Əlirzalı
0