Elmar Baxşıyev: “Qara Qarayev bizə fayda verəcək”
01.11.2024 - 22:59
Elmar Baxşıyev: “Qara Qarayev bizə fayda verəcək”

Misli Premyer Liqasının XII turunun "Neftçi" - "Araz-Naxçıvan" matçından (0:1) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

“Komandamı təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu, maksimumumuz deyil. Oyun planında daha da artırmalıyıq”.

- İlk yarıda dinamik, hücumameyilli oynasanız da, ikinci hissədə bir az zəif göründüz. Səbəbi nə idi? Bir sıra dəyişikliklər etdiniz. Bunun da nəticəsi olmadı....
- Futbolda belə qanun yoxdu ki, əvəzetmədən girən oyunçu oyunu dəyişəcək. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Həmin mövqedə yerli olmadığı üçün əcnəbini buraxdıq. İkinci hissə birinci hissədən daha çox epizdolara girdik. Sadəcə son nöqtəni qoya bilmədik.

- Qara Qarayev ehtiyat skamyada oturmuşdu. Onu niyə oynatmadız?
- Qaranın durumu hamıya bəllidir. İki gün öncə komandaya qoşulub. Özü də mənim istəyimlə. Günlər keçdikcə Qara komandamıza fayda verəcək.

- Psixoloji, yoxsa fiziki cəhətdən hazır deyil?
- Psixoloji durumu qaydasındadır. Keçmişlə yaşayacağıqsa, gələcəyə heç vaxt ümid olmayacaq. Onu başa düşür. Qaraya hər bir dəstəyi verməyə hazırıq. Qara təcrübəli futbolçudur. Yaxşı performansa çatacaq.

- Turan Vəlizadənin aldığı qırmızı vərəqəni haqlı sayırsız?
- İki sarı vərəqə ilə cəzalandırıldı. Cavan futbolçudur. Cavanlarda emosiya daha artıq olur. İki oyun epizodu idi. Daha təmkinli olmalıdır. Ona ümumi irad yoxdur.

writer photo
Əlirza Əlirzalı
0