"Fehervar" – "Sumqayıt" matçının hakimləri bəlli olub
18.07.2024 - 12:33
"Fehervar" – "Sumqayıt" matçının hakimləri bəlli olub

Konfrans Liqasının "Fehervar" – "Sumqayıt" oyununun hakimləri bəlli olub.

Apasport.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçını İsveçdən olan hakimlər idarə edəcək.

İyulun 31-də keçiriləcək oyunun baş hakimi Kristoffer Karlssonolacaq. Ona həmyerliləri Mikael Hallin və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.

Qeyd edək ki, "Mol Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0